Vergilər Nazirliyi ötən il vergi ödəyicilərinə göstərilən xidmətlərin sayını açıqlayıb

12:57 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən ildə nazirliyin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 209 764 müraciət cavablandırılıb. Müraciətlərin 23,2%-i vergilərin növləri, 18,7%-i elektron xidmətlər, 14,7%-i qeydiyyat, 10%-i hesabatlar və onların doldurulma qaydaları, 33,4%-i isə digər məsələlər barədə olub.
Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 63703 zəng daxil olub, 31571 zəng zamanı vergi borcu, 14496 zəng zamanı isə müraciətlərə vergilərin növləri ilə bağlı məlumatlar verilib.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2 904 339 mesaj, o cümlədən 2 884 609 qısa mesaj (sms) göndərilib. Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 4452587 daxilolma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergiler-nazirliyi-oten-il-vergi-odeyicilerine-gosterilen-xidmetlerin-sayini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR