Tokio körfəzində tanker qəzaya uğrayıb

Tokio körfəzində tanker qəzaya uğrayıb
13:02 16 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Tokio və Kavasaki şəhərlərinin yerləşdiyi Tokio körfəzində 32 metrlik tanker yük gəmisi ilə toqquşub.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində tanker batıb, neft məhsulları okean sularına sızmağa başlayıb. Sızmanın dərəcəsi barədə məlumat verilmir
Sahil Təhlükəsizlik Xidməti bütün gəmiləri qəza yerinə yaxınlaşmamaqla bağlı xəbərdar edib.
İlkin məlumatlara görə, qəzaya uğramış tanker 92 tona qədər yük daşıya bilərmiş. Qəza anında onun nə dərəcədə yüklənməsi hələlik məlum deyil. Gəminin məxsus olduğu şirkətdən tankerin sürtkü yağı daşıdığı bildirilib.
Hadisə yerindən çəkilən kadrlarda batmış gəminin yalnız burun hissəsinin suyun üzərində olduğu görünür.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/tokio-korfezinde-tanker-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR