Bakıda yeniyetmə qız başının kəsiləcəyi ilə hədələnib zorlandı

Bakıda yeniyetmə qız başının kəsiləcəyi ilə hədələnib zorlandı
13:14 16 Yanvar 2016
1434 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc qız yaşadığı ünvanda tanışı tərəfindən zorlandığını bildirib.

Milli.Az Aznews.az-a istinadən bildirir ki, polisə müraciət edərək bu barədə məlumat verən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü S.A. tanışının onu hədələyərək zorladığını deyib.

17 yaşlı qız bildirib ki, bir neçə gün öncə səhər saat 06 radələrində yaşadığı ünvanda Naxçıvan şəhər sakini, 1995-ci il təvəllüdlü R.A. onu bıçaqla başını kəsib öldürəcəyi ilə hədələyib. Bundan sonra isə onunla zorla cinsi əlaqədə olub.

Müraciətlə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/398450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR