İnterpol Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmuş Riyad Əliyevin axtarışını dayandırıb.
Milli.Az APA-ya istinadən bildirir ki, R. Əliyevin beynəlxalq axtarışda olması ilə bağlı İnterpolun saytında yerləşdirilmiş məlumatlar da qurumun saytından çıxarılıb.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilib. O, dələduzluqda təqsirli bilinir. R. Əliyev mətbuatda özünü Təfəkkür Universitetinin təsisçilərindən biri, universitetin Kiyev filialının rektoru kimi təqdim edir.
Milli.Az