"Kəndin palçığından çıxıblar, indi də çaşıblar" - Elnarə

"Kəndin palçığından çıxıblar, indi də çaşıblar" -  Elnarə
14:23 16 Yanvar 2016
251 Şou
Ölkə mətbuatı
A- A+

"Bu yaxınlarda eşitdim ki, efirlərə zəng vurub deyirlər "Elnarə oxuya bilmir, onu verilişə çağırmayın. Mən onunla efirə çıxmıram". Bunları başa düşmürəm. Vay sizin halınıza".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Star life" verilişində deyib. Müğənni həmkarlarını tənqid edib:

"İnsan qarşısındakını özündən ağıllı hesab etməlidir. Efirdə danışıramsa, tamaşaçını özümdən ağıllı bilirəm. Göydən gəlməmisiniz ki? Oxuyursunuz da, nə böyük iş görürsünüz ki? Bu müğənnilər özlərini necə itiriblərsə, orbitlərindən çıxıblar. Bunların səbəbi əvvəldən pul görməməkləridir. Əvvəldən pulu görən axmaq, təkəbbürlü danışmaz. Qəfildən əllərinə pul keçir, təcili özlərini itirirlər. Bunlar çaşıblar".

E.Abdullayeva müğənnilərin imkansızlıqdan şikayətlənmələrindən də danışıb:

"Əvvəl deyirdilər ki, "Mən yemək bişirə bilmirəm. Ancaq qayğanaq hazırlayıram. Evimdə neçə qulluqçum var". İndi deyirlər, "İmkanım yoxdu, ev işlərimi özüm edirəm". Guya nazir qızı olub. Bilin ki, biabırçılıq danışırsınız. Qadın qayğanaqdan başqa yemək bişirə bilmir, biabırçılıqdır. Hardan gəliblər? Hamısı kəndin palçığından çığıb da. İndi də çaşıblar. Kimdi şəhərdən çıxan? Atamın rayonda ikimərtəbəli evi var idi. İndi deyirəm ki, mən villadan çıxmışammış ki. O vaxtlar "24" deyilən maşın ancaq imkanlı adamlarda olardı. Mənim atamın da varıydı. İndi onları deyib, lovğa-lovğa danışım? Adama deyərlər ki, gözüm aydın, neyləyim? Gəl mahnını oxu, çıx get".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR