Arda Turandan sevgilisinə 150 minlik jest

Arda Turandan sevgilisinə 150 minlik jest
18:31 30 Dekabr 2014
194 İdman
Ölkə mətbuatı
A- A+

“Atletiko Madrid”in məşhur türkiyəli futbolçusu Arda Turan sevgilisinə 150 min lirəlik jest edib.

ANS PRESS-in məlumatına görə, oyunçunun eşq yaşadığı iddia edilən Burcu Esmersoya yeni il hədiyəsi olaraq “Simit Sarayı” reklamında çəkildiyi üçün cibindən 150 min lirə ödəyib.

Ulduz oyunçu bir neçə gün əvvəl Amerika və Hollandiyadakı şöbələrinin şəriki olduğu “Simit Sarayı”nın reklam çarxı üçün fransız model Kamille Desbosla kamera qarşısına keçib. Çəkilişlər gedən zaman Ardanı görmək üçün studiyaya gedən Burcu Esmersoy özünü birdən-birə reklam filminin içində görüb.

Burcu Esmersoya “Birlikdə çəkilək?” sualına ”hə” cavabı alanda Arda iki gözəllə kamera qarşısına keçib. Futbolçu Esmersoyun razılıq jestinin əvəzini çıxıb. O, son günlərdə hər yerdə birlikdə göründüyü Esmersoya həmin reklamda çəkildiyi üçün öz cibindən 150 min lirə ödəyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR