Həyat yoldaşını itirən müğənninin qardaşı da xərçəng imiş

Həyat yoldaşını itirən müğənninin qardaşı da xərçəng imiş
13:16 16 Yanvar 2016
133 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşını itirən müğənni Selin Dionun qardaşı da eyni xəstəlikdən əziyyət çəkirmiş.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rene Ancelilin ölümündən sonra konsertlərini təxirə salan ifaçının qardaşı Danielin boğaz, dil və baş beynində xərçəng var. Ailəsi uzun müddətdir ki, 59 yaşlı Danielin həyatını xilas etməyə çalışır. Bu haqda müğənninin bacısı Dion Kledet deyib.

O, Selinin həyat yoldaşı Renenin ölümündən çox kədərləndiklərini də ifadə edib:

"Bu xəbəri eşidəndə ürəyimiz qırıldı. Rene bizim də dostumuz idi, amma Selinlə bir-birlərini o qədər sevirdilər ki, onların münasibəti bizim üçün nümunəvi idi".

Rene Ancelil və Selin Dion

Deniel Dion


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR