"Qəbələ" almanlara qarşı - YENİLƏNİR

"Qəbələ" almanlara qarşı -   YENİLƏNİR
13:17 16 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Qəbələ" bu gün ilk yoxlama matçını keçirəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk yetirmələrini Almaniyanın “Osnabruk” klubu ilə oyunda sınayacaq.

Görüş “Gloria” otelinin məşq meydançasında baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17.30-da çalınacaq. 

Almaniyanın III Bundesliqasında çıxış edən “Osnabruk” lubu 1899-cu ildə yaradılıb. Ən yaxşı illərini II Bundesliqada keçirən komanda 2011-ci ildən 3-cü liqada mübarizə aparır. Ötən mövsüm 11-ci olan “Osnabruk” hazırda - 21 turdan sonra 32 xalla 5-ci pillədə qərarlaşıb.

"Qəbələ" Antalyada daha iki oyun keçirəcək. Yanvarın 20-də İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq "qırmızı-qaralar" 4 gün sonra "Dnepr"lə (Ukrayna) üz-üzə gələcək.

Antalya
Yoxlama oyunu
16 yanvar

17.30 Qəbələ (Azərbaycan) - Osnabruk (Almaniya)
"Gloria" otelinin məşq meydançası.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-almanlara-qar-t46836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR