Bu qiymətə də armud olar?

Bu qiymətə də armud olar?
13:52 16 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin əməkdaşları  gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb.

Milli.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikası vətəndaşları Əzimov Əli Çingiz oğlu Nəmətov Ağaməmməd Mirzə oğlunun idarə etdikləri 50 ZA 046 və 50 AD 268 dövlət nömrə nişanlı yük avtomobilləri ilə Belçikadan  "AMO" MMC adına  gələn 43 ton 824 kiloqram armud yüklərinin müvafiq müşayiətedici  sənədlərinə baxış keçiriblər. Yoxlama zamanı  sənədlərdə  yükün  dəyərinin həddindən artıq aşağı  göstərildiyi məlum olub. Buna görə də avtomobillər  araşdırma aparılması üçün idarənin əməkdaşları tərəfindən  saxlanılıb.
 
Faktla bağlı DGK İstintaq İdarəsində müvafiq araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR