Balakəndə maskalı qarətçilər yaxalanıb

Balakəndə maskalı qarətçilər yaxalanıb
13:54 16 Yanvar 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda yaşayış evinə basqın edən maskalı şəxslər yaxalanıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalmış qapıdan girmiş şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskalı olub), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul tələb ediblər, pul olmadığı bildirildikdən sonra isə oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər.

 

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev yaxalanıb, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR