"Paramparça" serialının baş rol aktyoru Erkan Petekkaya əməliyyat olunub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor böyrək problemi ilə üzləşib. Müayinə olunduqdan sonra həkimlər Erkanın əməliyyat olunmasının vacibliyini vurğulayıblar.
Artıq əməliyyatdan çıxan sənətçinin vəziyyəti ilə bağlı hələ ki açıqlama verilməyib.