Salyanda "Azercell"dən oğurluq edən şəxs saxlanıldı

Salyanda "Azercell"dən oğurluq edən şəxs saxlanıldı
14:18 16 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azercell Telekom"a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb.

Milli.Az bildirir ki, APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki "Azercell Telekom" şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulub.
 
Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurladığı müəyyən edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR