Azərbaycanın iri çörək istehsalçısı istehsal həcmini iki dəfə artırmağa hazırlaşır

Azərbaycanın iri çörək istehsalçısı istehsal həcmini iki dəfə artırmağa hazırlaşır
14:35 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Un və çörək istehsalı ilə məşğul olan "El" müəssisəsi 2017-ci ildə istehsal həcmini iki dəfə artırmağa hazırlaşır. Bu barədə Trend-ə müəssisənin baş direktoru Tofiq Əliyev deyib.

Baş direktorun sözlərinə görə, ikinci istehsal xəttinin işə salınması üçün maddi-texniki baza artıq hazırlanıb və lazımi avadanlıqlar sifariş olunub: "Bu xəttin açılması çörək istehsalını hazırki 15 tondan 30 tona qaldırmağa imkan verəcək. Taxılı Rusiya və Qazaxıstandan alırıq. Eyni zamanda, yerli fermerlərdən də taxıl alırıq".

T.Əliyev bildirib ki, Azərbaycanda taxıl istehsal olunsa da, təəssüf ki, bu gün özünün taxıl təlabatını ödəyə bilmir: "Qonşu Türkmənistan bü gün özünü taxılla tam təmin edə bilir. Özbəkistan pambıq səpinini yarıbayarı azaldaraq taxıl səpini ilə əvəz etdi və bununla da taxıla olan daxili tələbatını ödəmiş oldu. Əminəm ki, yaxın zamanlarda Azərbaycan da taxıla olan daxili tələbatını ödəyə biləcək. Bunun üçün isə müvafiq infrastruktur qurulmalı, kadr potensialı hazırlanmalıdır. Təbii ki, buna zaman lazımdır. Əminəm ki, bu sahə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olacaq".

T.Əliyevin sözlərinə görə, yerli taxıl məhsulunun keyfiyyətini artırmaq üçün aqrotexniki tədbirlərin realizəsi, elmi tədiqatların aparılması lazımdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2481152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR