Geyimi ilə İstanbulu heyran etdi: "Buradayam, terrordan qorxmuram"

Geyimi ilə İstanbulu heyran etdi: "Buradayam, terrordan qorxmuram"
15:06 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İspaniyanın məşhur libas markası "Sagaza" dünən İstanbulda böyük dəfilə keçirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dəfilədə "Victoria's Secret"in modeli Mikaela Koçianova da podiuma çıxıb. ÜÇ fərqli libas geyinən "mələk" üzərində Svarovski daşları olan gəlinliklə hər kəsi heyran edib.

O, bir neçə gün əvvəl Sultan Ahmet meydanında baş verən terror haqda da açıqlama verib:

"Növbən çatanda öləcəsən. Ya burada, ya Londonda, ya Nyu-Yorkda olmasının fərqi yoxdur. İstanbuldayam və heç nədən qorxmuram. Çünki onlara qarşı çıxmanın tək yolu budur".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR