Saakaşvili Rusiyanın maliyyə nazirinin qızını seçdi

Saakaşvili Rusiyanın maliyyə nazirinin qızını seçdi
15:05 16 Yanvar 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Mariya Qaydarı özünə müavin təyin edib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, xanım Qaydar sosial müdafiə və səhiyyə məsələlərinə cavabdeh olacaq.

Buna qədər xanım siyasətçi Mixail Saakaşvilinin köməkçisi idi.

Mariya Qaydar Rusiyanın ilk maliyyə naziri və eks-baş naziri Yeqor Qaydarın qızıdır. 

Mariya Qaydar Putin hakimiyyətinə qarşı müxalif düşüncələri ilə seçilib və 2015-ci ilin iyulunda Ukrayna vətəndaşlığı qəbul edərək Mixail Saakaşvilinin komandasında fəaliyyətə başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR