"Barselona"nın ulduzu üçün 100 milyon avro

"Barselona"nın ulduzu üçün 100 milyon avro
15:18 16 Yanvar 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

PSJ “Barselona”nın hücumçusu Neymara “elçi düşüb”. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, parislilər bu keçid üçün astronomik məbləğ ödəməyə hazırdılar.

 

PSJ rəhbərliyi əslində “Real”ın hücumçusu Kriştianu Ronaldonu almaq istəyirdi. Hətta bunun üçün 120 milyon avro da təklif edilmişdi. Lakin FİFA tərəfindən transfer qadağasına məruz qalan “kral klubu” bütün ulduzlarını heyətdə saxlamaq qərarına gəlib.

 

Bu üzdən hədəfini dəyişən PSJ hücum xəttini Neymarla gücləndirmək fikrinə düşüb. Bu transfer üçün fransızlar qarşı tərəfə 100 milyon avro təklif ediblər. Lakin Kataloniya klubu ilə 2018-ci ilə qədər olan müqavilə müddətini uzatmağa hazırlaşan “sambaçı”nın İspaniyanı tərk etməsi inandırıcı görünmür.

 

Qeyd edək ki, Neymar bu mövsüm keçirdiyi 22 oyunda 18 qola imza atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR