​AZAL "CBC Sport Kuboku"nda ilk qələbəsini qazanıb

​AZAL "CBC Sport Kuboku"nda ilk qələbəsini qazanıb
15:12 16 Yanvar 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün "CBC Sport Kuboku"nda daha bir oyun keçirilib. "Report"un məlumatına görə, 3-cü oyun günündə AZAL və MOİK komandaları qarşılaşıb.
Qarşılaşma "təyyarəçilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. AZAL-ın heyətində 19-cu dəqiqədə Tərlan Xəlilov, 73-cü dəqiqədə isə Nuqzar Kvirtiya fərqlənib.
AZAL-ın oyunçusu Emin Cəfərquliyev 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, açılış oyununda "Neftçi" AZAL-ı 1:0 hesabı ilə məğlub edib. "Neftçala" - "Şərurspor" matçı isə 2:2 hesabı ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azal-cbc-sport-kuboku-nda-ilk-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR