Şəhid ailələri üçün Prezident təqaüdü artırılıb

15:28 16 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanmış Fərmana əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehid_aileleri_uchun_Prezident_teqaudu_artirilib-919043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR