Taladıqları mağazaya od vurdular - FOTO

Taladıqları mağazaya od vurdular - FOTO
15:32 16 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda silsilə oğurluq edən şəxslər tutulub. "Report" xəbər verir ki, rayon sakini Cəmil Xudaverdi oğlu Kazımov oğurluq edildikdən sonra mağazasının yandırıldığı barədə polis şöbəsinə müraciət edib. 

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəhmətabad kənd sakinləri Elsevər Tahir oğlu Rzazadə Heydər Müslüm oğlu Qasımlı şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətiriliblər. İlkin dindirilmə zamanı məlum olub ki, həmin şəxslər Cəmil Kazımova məxsus ərzaq mağazasına daxil olaraq 5 200 manat dəyərində ərzaq məhsulları oğurlayıblar. Onlar izi itirmək məqsədilə mağazaya od vuraraq yandırmaqla mağaza sahibinə 15 min manat maddi ziyan vurublar.
Bundan başqa, E.Rzazadə və H.Qasımlının müxtəlif vaxtlarda rayonun Əliabad, Xırmandalı, Çinarlı və digər kəndlərindən də silsilə oğurluq etdikləri də məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/398572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR