Azarkeşlər Yevlaxda “Kəpəz”lə görüşdü

Azarkeşlər Yevlaxda “Kəpəz”lə görüşdü
15:32 16 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bir qrup Gəncə azarkeşi Yevlaxda toplanışı sürdürən “Kəpəz”in qonağı olub. Komandanı məşqdə dəstəkləmək, futbolçulara motivasiya vermək üçün “Kəpəzultras” və “Xəmsə” fan-klublarının üzvləri bazaya baş çəkib. Fanatlar “sarı-göylər”in axşam hazırlığında şüarlar söyləyib, bəstələr oxuyublar.

Məşqdən sonra isə azarkeşlərlə futbolçular arasında yoldaşlıq görüşü keçirilib. Komandanın baş məşqçisi Şahin Diniyevin idarə etdiyi oyun fanatların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Futbolsevərlər qələbə topunu 11 metrlik cərimə zərbəsi zamanı üçüncü cəhddən sonra vurublar.

Dostluq əhval-ruhiyyəsində keçirilən matçdan sonra azarkeşlər “Kəpəz”ə uğurlar arzulayıb, çempionatın ikinci hissəsində də komandaya böyük qüvvə ilə dəstək verəcəklərini bildiriblər. 

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR