Azərbaycanın dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 10 əcnəbi vətəndaş saxlanılıb

Azərbaycanın dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 10 əcnəbi vətəndaş saxlanılıb
15:48 16 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Qeyri-leqal miqrasiya məqsədilə sərhədlərimizin pozulması hallarının qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər uğurla həyata keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də saat 2:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_dovlet_serhedinden_qeyri_qanuni_yolla_Irana_kechmeye_cehd_gosteren_10_ecnebi_vetendas_saxlanilib-919048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR