​"Qarabağ" Azərbaycan millisinin qapıçısı ilə imzalanacaq müqavilənin müddətini açıqlayıb

​"Qarabağ" Azərbaycan millisinin qapıçısı ilə imzalanacaq müqavilənin müddətini açıqlayıb
16:07 16 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevlə 1.5 illik müqavilə imzalayacaq. Bu barədə "Report"a klubun baş meneceri Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, gənc qolkiper Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə bu gün qoşulacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin son klubu "Sumqayıt" olub. Yanvarın 15-də tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-azerbaycan-millisinin-qapicisi-ile-imzalanacaq-muqavilenin-muddetini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR