Rusiyada azərbaycanlının meyiti tapıldı (FOTO)

Rusiyada azərbaycanlının meyiti tapıldı  (FOTO)
16:12 16 Yanvar 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı kişinin meyiti tapılıb.

ANS PRESS-in verdiyi məlumata görə, meyit yanvarın 15-dən 16-na keçən gecə Kuzmolovski qəsəbəsində qum karxanasına gedən yolda aşkarlanıb.

Şlaqbaumun yaxınlığından tapılan cəsəd ölüm səbəbinin araşdırılması üçün morqa göndərilib.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, meyitə baxış keçirilən zaman, onun sol gözündə hematoma yəni şişkinlik aşkar edilib. Hadisə yerində isə sənədlər, içində qonur rəngli maye olan şpris və qadın sırğası tapılıb.


Sankt-Peterbur Kuzmolovski qəsəbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR