AZAL komandası MOİK-ə iki cavabsız qolla qalib gəlib

AZAL komandası MOİK-ə iki cavabsız qolla qalib gəlib
16:33 16 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Qış fasiləsini Azərbaycanda keçirən futbol klubları arasında “CBC Sport Kuboku” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da turnir çərçivəsində növbəti bir qarşılaşma keçirilib. Turnirin üçüncü oyun günündə AZAL komandası MOİK ilə üz-üzə gəlib. Qarşılaşma AZAL-ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. AZAL-ın heyətində 19-cu dəqiqədə Tərlan Xəlilov, 73-cü dəqiqədə isə Nuqzar Kvirtiya fərqləniblər. Baş məşqçi Tərlan Əhmədovun rəhbərlik etdiyi komandada Emin Cəfərquliyev 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, bundan əvvəlki matçlarda “Neftçi” AZAL-ı 1:0 hesabı ilə məğlub etmişdi. “Neftçala”–“Şərurspor” arasında keçirilmiş oyunda isə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_komandasi_MOIK_e_iki_cavabsiz_qolla_qalib_gelib-919066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR