20 Yanvar şəhidlərinin xatirəsi “Qala” Qoruğunda anılıb

20 Yanvar şəhidlərinin xatirəsi “Qala” Qoruğunda anılıb
16:37 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, “Qala” DTEQ-nun əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanların xatirəsi anılıb, ruhlarına dualar oxunub.  
Ardınca Azərbaycan tarixinin qanlı yaddaşında həmişəlik yer tutan 20 Yanvar faciəsi barəsində iştirakçılar xatirələrini və fikirlərini bölüşüb, şeirlər səsləndirilib. 
Tədbir iştirakçıları 20 Yanvar faciəsində Azərbaycan xalqının göstərdiyi birliyi, qəhrəmanlıqı, şücaəti qeyd edərək bu tarixin xalqın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR