Çörəklə bağlı reyd keçirilib

Çörəklə bağlı reyd keçirilib
16:52 16 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevirdə un və un məhsullarının satışına nəzarət məqsədilə reyd keçirilib. Şəhər icra hakimiyyətində yaradılmış beş qrup tərəfindən keçirilən yoxlamalar zamanı bildirilib ki, qiyməti 30 qəpik olan çörəyin çəkisi 500 qram, 40 qəpiklik çörək isə 700 qram olmalıdır. Un satışı yerlərində keçirilən reydlər zamanı 50 kiloqramlıq kisələrdəki unun 24 manat, 25 kiloqramlıq kisələrdəki unun qiymətinin isə 12 manata satıldığı müəyyənləşib. Bütün satıcılara qoyulan qaydalara əməl etmək barədə xəbərdarlıq olunub. Bu cür reydlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR