İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb

İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb
17:03 16 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+


İmişli, 16 yanvar, Mahir Babayev, AZƏRTAC
İmişlidə çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə rayondakı Bayraq Meydanında mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin rəisi Qulu Əsədov çağırışçı gənclərə Vətən keşiyində ayıq-sayıq durmağı, onu göz bəbəyi kimi qorumağı tövsiyə edib. Qeyd olunub ki, gənclər Azərbaycan Ordusunda xidmət etməyi özlərinə şərəf bilir və böyük həvəslə hərbi xidmətə yola düşürlər.
Yeniyetmələri təbrik edən valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri bildiriblər ki, Azərbaycanın müdafiə qüdrətinin artması dövlət siyasətində prortet məsələdir və bu istiqamətdə əsaslı tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, ordumuz regionda aparıcı qüvvəyə çevrilib. Natiqlər, həmçinin gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, zabit və komandirlərin əmrlərinə əməl etməyi tövsiyə ediblər.
Çağrışçı gənclər doğma Azərbaycana sədaqətlə xidmət edəcəklərini və Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər.
Sonda gənclər musiqi sədaları altında müqəddəs “Qurani-Kərim”in altında keçərək təyin olunduqları hərbi hissələrə yola düşüblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imislide_chagirischi_gencler_herbi_xidmete_yola_salinib-919081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR