Ötən il nə qədər adam sürücülük vəsiqəsi alıb? - STATİSTİKA

Ötən il nə qədər adam sürücülük vəsiqəsi alıb? - STATİSTİKA
17:09 16 Yanvar 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda qeydiyyata alınan avtomobillərin və vətəndaşlara verilən sürücülük vəsiqələrinin sayı açıqlanıb.

 

APA-nın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov idarədə keçirilən geniş əməliyyat müşavirəsində bildirib ki, ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların «bir pəncərə» prinsipi əsasında həyata keçirilməsi təmin edilib. Hesabat dövründə 32 min 721 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 338 mindən artıq olub. Həmçinin 2015-ci il ərzində vətəndaşlara 50 min 977 sürücülük vəsiqəsi verilib. Nəqliyyat vasitələrinin 63,8 faizi texniki baxışdan keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR