Yüksək Texnologiyalar Parkında təlim-təcrübə proqramı elan edilir

Yüksək Texnologiyalar Parkında təlim-təcrübə proqramı elan edilir
17:11 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən "Mezo Digital" şirkəti gənclərə "Dijital Təcrübə" adlı təlim-təcrübə proqramı elan edir.

Rəqəmsal aləmdə ixtisaslaşmaq istəyən və gələcək karyerasını bu istiqamətdə uğurlu şəkildə qurmaq istəyən 18-22 yaşa arası bütün iddialı universitet gəncləri Təcrübə Proqramında iştirak edə bilərlər.


Təcrübə proqramının məqsədi potensiallı gənclərə rəqəmsal marketinq sahəsi üzrə lazımi bacarıq və biliklərə yiyələndirmək, keçirilən təlimlər və verilən tapşırıqlar sayəsində əldə etdikləri təcrübə əsasında karyera imkanlarının yaradılmasına şərait yaratmaqdır.


Təcrübə Proqramının ilkin mərhələsində aşağıdakı sahələr üzrə təlimlər keçirilərək, iştirakçılara nəzəri biliklər aşılanacaq:

- Personal Development;

- Marketing / Digital Marketing;

- Project Management.

Təcrübə Proqramında iştirak etmək üçün Onlayn qeydiyyatdan keçməyi unutmayın!

Onlayn qeydiyyat formu:

Təcrübə proqramında iştirak tam Ödənişsizdir.

Onlayn qeydiyyat tarixi: 15-31 Yanvar

Seçim-təsnifat mərhələsi: 01-14 Fevral

Proqramın I hissəsinin başlanğıcı: 15 Fevral

Əlaqə vasitələri:

Tel: 012 3101003;

e-mail: tarlan@mezodigital.com
 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40697-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR