Bakıda bir evdə dəhşət yaşandı: adamı xilas etməyə çatdırmadılar

Bakıda bir evdə dəhşət yaşandı: adamı xilas etməyə çatdırmadılar
17:32 16 Yanvar 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Yasamal rayonunda bir mənzildə 3 nəfər boğulub. 

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçiriblər. 

Zərərçəkmişləri huşsuz vəziyyətdə aşkar edən xilasedicilər hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimlərini çağırıblar. Həkimlərin apardıqları ilkin müayinə zamanı onlardan birinin dəm qazından zəhərlənərək vəfat etdiyi və digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyən olunub. Əməliyyat saat 14:03-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/398597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR