Nazirlik: Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur

Nazirlik: Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur
17:39 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 “Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub” .

 

APA-nın xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.


“Unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün bildirək ki, Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişirilmiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10 - 1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir” – deyə nazirlikdən bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR