Lənkəranda unun və çörəyin satışına ciddi nəzarət olunur

Lənkəranda unun və çörəyin satışına ciddi nəzarət olunur
18:58 16 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda unun və çörəyin satışına nəzarət etmək məqsədilə şəhər icra hakimiyyəti yanında monitorinq komissiyası yaradılıb.
Komissiyanın sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov AZƏRTAC-a bildirib ki, yanvarın 15-dən etibarən ticarət şəbəkələrində 50 kiloqramlıq əla növ unun bir kisəsi 23-24 manata, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır.
Qiymətlərin sabit saxlanılması, süni qiymət artımına yol verilməməsi üçün monitorinq komissiyasının yoxlamalara başladığını deyən İ.Rəhimov rayon sakinlərindən süni qiymət artımına rast gəldikləri təqdirdə komissiyaya məlumat vermələrini xahiş edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_unun_ve_choreyin_satisina_ciddi_nezaret_olunur-919134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR