Ötən il respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi baş verib

Ötən il respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi baş verib
19:08 16 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il respublika ərazisində qeydə alınan 2220 yol-nəqliyyat hadisəsi nəticəsində 894 nəfər həlak olub, 2265 şəxs yaralanıb.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 16-da Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
R.Zeynalov bildirib ki, 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb. Həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə, bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi müsbət nəticələrini verib. Ümumilikdə yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda həlak olan və yaralananların sayında nəzərəçarpacaq azalma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_respublika_erazisinde_2220_yol_neqliyyat_hadisesi_bas_verib-919140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR