Bakı, 16 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya olunan yeni xidmətindən istifadə sadələşdirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmət vasitəsilə əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyata ehtiyac olmadan, daha rahat və asan formada əldə etmək mümkündür.
Ötən ay "Elektron hökumət" portalı üzərindən əhalinin istifadəsinə verilən bu e-xidmət istifadəçiyə aparılmış müayinənin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) barədə məlumat verməyə xidmət edir.