"Qarabağ" sabiq Almaniya çempionuna qarşı

"Qarabağ" sabiq Almaniya çempionuna qarşı
19:16 16 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək.

ANS PRESS-in məlumatına görə, Qurban Qurbanov yetirmələrini Almaniyanın "Rot-Veyss Essen" klubu ilə oyunda sınayacaq.

Oyun "İC Santai" otelinin əsas meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 19.30-da çalınacaq.

"Rot-Veyss Essen" klubu 1907-ci ildə yaradılıb. 1953-cü ildə Almaniya Kubokunu, 1955-ci ildə çempionluğunu qazanan klubu hazırda Regional Liqanın Qərb zonasında çıxış edib. Komanda cari mövsüm keçirdiyi 19 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


"Rot-Veyss Essen" klubu

Qeyd edək ki, "Qarabağ" Antalyada daha 3 oyun keçirəcək. Yanvarın 20-də "Diosqiori" (Macarıstan) ilə qarşılaşacaq ağdamlılar ayın 23-də iki oyunda qüvvəsini sınayacaq. Qurban Qurbanov həmin gün yetirmələrini "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə oyunlarda sınayacaq.

Antalya
Yoxlama görüşü
16 yanvar

19.30 Qarabağ (Azərbaycan) - Rot-Veyss Essen (Almaniya)
"İC Santai" otelinin əsas meydançası.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=365287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR