İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərilib

İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərilib
19:32 16 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet meydanında törədilən terror aktı nəticəsində həlak olan 10 Almaniya vətəndaşının cənazəsi Berlinə göndərilib.
"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, turistlərin cənazələri Bakı saatı ilə 15.10-da polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib və Almaniyadan göndərilən xüsusi təyyarəyə yüklənərək yola salınıb.
Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR