Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib

Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib
19:42 16 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ "Rusiya Federasiyası hökuməti Ermənistana verdiyi təbii qazın qiymətini aşağı salmalıdır". "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu sahibkarlarla görüşü zamanı Ermənistanın Baş naziri Ovik Abramyan bildirib.
Onun sözlərinə görə, qazın qiymətin yüksək olması Ermenistanda istehsal olunan malların rəqabət qabiliyyətini aşağı salır.
Ovik Abramyan qeyd edib ki, Ermenistanın Rusiya və digər tərəfdaşlarla əməkdaşlığı bilavasitə enerji daşıyıcılarının qiymətindən asılıdır.
"Ölkələrimiz arasındaki strateji əlaqələri nəzərə alaraq Moskvadan məsələ ilə bağlı müsbət cavab gözəyirik", - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Qeyd edək ki, ''Qazprom Armeniya'' Ermənistan bazarında təbii qazın təchizatı və paylanması sahəsində inhisarçıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistan-rusiyadan-tebii-qazin-qiymetinin-asagi-salinmasini-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR