Məmməd Musayev: Prezidentin tapşırığına əsasən atılan addımlar özəl sektorun inkişafını təmin edir

Məmməd Musayev: Prezidentin tapşırığına əsasən atılan addımlar özəl sektorun inkişafını təmin edir
19:43 16 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tapşırığı istiqamətində mühüm addımlar atılır. Cari ildə də dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Bunu AZƏRTAC-a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi və əlverişli mühitin yaradılması, bu sahədə yaradılan müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına böyük dəstəkdir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək 30 mindən çox sahibkara 1,7 milyard manat güzəştli kredit verilib və bu kreditlər hesabına 140 mindən çox yeni iş yerinin yaradılması imkanı yaranıb. 2015-ci ildə ölkə üzrə 5 min 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşməsinə 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
“Dövlət başçısının tapşırığına əsasən atılan addımlar - yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi bu sahənin sürətli inkişafı üçün mühüm addımdır. Bu addımlar ölkəmizdə özəl sektorun yüksək səviyyədə inkişafını təmin edir, yaradılan şərait isə sahibkarlar qarşısında çox mühüm vəzifələr qoyur”, - deyə Məmməd Musayev bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Memmed_Musayev_Prezidentin_tapsirigina_esasen_atilan_addimlar_ozel_sektorun_inkisafini_temin_edir-919160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR