İqtisad Universitetində keçirilən “Açıq qapı” günündə 50-dən artıq müraciətə baxılıb

İqtisad Universitetində keçirilən “Açıq qapı” günündə 50-dən artıq müraciətə baxılıb
19:48 16 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Açıq qapı” günü keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov tələbələri, valideynləri və ictimaiyyət nümayəndələrini qəbul edib. Rektora ünvanlanan müraciətlər əsasən qış imtahan sessiyasında yaranan problemlərlə bağlı olub.
Ə.Muradov daxil olan irad və şikayətlərin obyektiv araşdırılaraq tədbir görülməsi üçün məsul şəxslərə göstərişlərini verib. Bir sıra məsələlər isə yerindəcə həll edilib. “Açıq qapı” günündə 50-dən artıq müraciətə baxılıb.
Görüş “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilib.
Artıq yanvarın 23-də keçiriləcək növbəti “Açıq qapı” gününə qeydiyyat başlayıb. Maraqlananlar qeydiyyat üçün (012) 497-58-63 əlaqə nömrəsinə müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisad_Universitetinde_kechirilen_Achiq_qapi_gununde_50_den_artiq_muraciete_baxilib-919163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR