Koreya 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır

Koreya 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır
19:58 16 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar AZƏRTAC
Koreya Respublikası bu onilliyin sonunadək bütün ölkə ərazisində 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır.
AZƏRTAC “cnet.com” saytına istinadən xəbər verir ki, yoxlamalar 2017-ci ildə reallaşdırılacaq. Bunun üçün Koreya hökuməti 1,5 milyard dollar vəsait ayırıb.
Qeyd olunub ki, yeni xidmət əvvəlkindən daha güclü olacaq. Belə ki, 5G ilə saniyədə 1 geqabayt (Gb) məlumat ötürmək mümkündür. Bu mobil əlaqə xüsusən də bədii filmlərin yüklənməsi üçün çox sərfəli olacaq. Əgər 4G ilə 800 Mq-lıq film 40 saniyəyə yüklənirdisə, 5G ilə bu film bir saniyəyə yüklənəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koreya_5G_texnologiyasini_istifadeye_vermeyi_planlasdirir-919165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR