Türkiyədə H1N1 virusundan daha iki ölüm faktı qeydə alınıb

Türkiyədə H1N1 virusundan daha iki ölüm faktı qeydə alınıb
20:32 16 Yanvar 2016
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Ərzurum və Dənizli vilayətində H1N1 virusuna (“donuz qripi”) yoluxduğu ehtimal olunan iki nəfər xəstəxanalarda ölüb.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə əsasən, virusdan dünyasını dəyişən şəxslər yüksək qızdırma şikayəti ilə xəstəxanalara müraciət ediblər. 
Ölənlərdən birisinin uşaq, digərinin isə 59 yaşlı qadın olduğu bildirilir. Onların təhlükəli virusa yoluxduğunu laborator müayinələr təsdiqlənib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR