ADMİU-da xarici ekspertlərlə görüş

ADMİU-da xarici ekspertlərlə görüş
20:38 16 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sosial iş üzrə xarici ekspertlərlə görüş olub.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin prorektoru, professor Məryəm Əlizadə Azərbaycanda sosial işin fəaliyyəti, ali məktəbdə bu il ilk dəfə sosial iş ixtisasının tədris olunmasından söz açıb.
Avstriyalı ekspert, “Azərbaycanda sosial xidmətlərin inkişaf etdirilməsi” layihəsinin əlaqələndiricisi Herbert Poulişin və Rumıniya Sosial İşçilər Assosiasiyasının direktoru, professor Ana Radulesko bu sahədəki təcrübələrini bölüşüb, tələbələrin suallarını cavablandırıblar.
Digər çıxış edənlər də Azərbaycan Sosial iş İctimai Birliyi ilə əlaqələrin yaradılması, tələbələrin nəzəri biliklərinin təcrübədə həllini tapması, ölkəmizdə də sosial işin qərb-şərq modelinin ortaq formasının yaradılması, sosial işin tarixinin, mədəniyyət ilə əlaqələrinin, bu ixtisasın məna dəyərinin öyrənilməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADMIU_da_xarici_ekspertlerle_gorus-919180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR