Azərbaycanlı idmançı çempion kəmərini satır

Azərbaycanlı idmançı çempion kəmərini satır
20:42 16 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə Avropa çempionu Ağali Alışov çempion kəmərini satışa çıxarıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə idmançı öz Facebook səhifəsində məlumat verib.

A.Alışov bildirib ki, onun bu addımı atmasına səbəb xərçəng xəstəliyindən əziyyət çəkən boksçu İsrafilbəyov Emilin müalicəsi üçün vəsait əldə etməkdir:

"Dostlar, peşəkar boksdan ən uğurlu nəticəm Avropa çempionluğu olub. Bu titulu qazanmaq üçün çox əziyyətlərdən keçmişəm. Hətta evimi belə satmışam. Lakin bunlara baxmayaraq bu gün qazandığım Avropa kəmərini satışa çıxarıram.

Səbəb heç bir zaman üzünü görmədiyim, lakin uşaq yaşlarımda döyüşlərini həvəslə izlədiyim idman həmkarım, ilk azərbaycanlı peşəkar boksçu İsrafilbəyov Emilə (Emil Baku) dəstək olmaqdır. Kəmərə verilən məbləğ bütünlüklə Emil Bakuya dəstək məqsədilə göndəriləcək.

Allah qardaşımızın yardımçısı olsun. Hər kəsi bu çətin zamanda Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən idmançımıza dəstək olmağa çağırıram".
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR