Boksçumuz kəmərini satışa çıxardı - xərçəng həmkarına yardım üçün

Boksçumuz kəmərini satışa çıxardı -   xərçəng həmkarına yardım üçün
20:47 16 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə Avropa çempionu Ağali Alışov çempion kəmərini satışa çıxarıb. Bu barədə idmançı öz "Facebook" səhifəsində məlumat verib.

A.Alışov bildirib ki, onun bu addımı atmasına səbəb xərçəng xəstəliyindən əziyyət çəkən boksçu İsrafilbəyov Emilin müalicəsi üçün vəsait əldə etməkdir:

“Dostlar, peşəkar boksdan ən uğurlu nəticəm Avropa çempionluğu olub. Bu titulu qazanmaq üçün çox əziyyətlərdən keçmişəm. Hətta evimi belə satmışam. Lakin bunlara baxmayaraq bu gün qazandığım Avropa kəmərini satışa çıxarıram.

Səbəb heç bir zaman üzünü görmədiyim, lakin uşaq yaşlarımda döyüşlərini həvəslə izlədiyim idman həmkarım, ilk azərbaycanlı peşəkar boksçu İsrafilbəyov Emilə (Emil Baku) dəstək olmaqdır. Kəmərə verilən məbləğ bütünlüklə Emil Bakuya dəstək məqsədilə göndəriləcək.

Allah qardaşımızın yardımçısı olsun. Hər kəsi bu çətin zamanda Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən idmançımıza dəstək olmağa çağırıram”.

Qeyd edək ki, Ağali Alışov dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlaşıb. 2004-cü ildən peşəkar boks kariyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukraynada yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. Hazırda Ukraynanın Kiyev şəhərində yaşayır və kariyerasını Ukraynada davam etdirir, subaydır. 


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bokscumuz-kmrini-sata-cxard-t46845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR