Ukrayna millisinin sabiq üzvü "Qəbələ"də

Ukrayna millisinin sabiq üzvü "Qəbələ"də
21:07 16 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" milli komandamızın üzvünü baxışa çağırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Pavel Paşayevi sınaqdan keçirir.

Futbolçu "Qəbələ"nin Antalyadakı məşqlərinə qatılır. O, bu gün Almaniyanın "Osnabruk" klubu ilə keçirilən yoxlama oyununun ikinci yarısında meydana çıxıb.

Qeyd edək ki, Ukraynada dünyaya gələn Pavel Paşayevin son iş yeri Zaparoji "Metallurq"u olub. O, 2014-cü ildən çıxış etdiyi klubun heyətində 33 oyuna çıxıb. 28 yaşlı müdafiəçi əvvəllər "Dnepr", "Krivbas" və "Karpatı" klublarında çıxış edib.

Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çağırılan Paşayev 2009-cu ildə bu ölkənin A millisində 2 oyun keçirib. Bu ildən isə o, əsas milli komandamıza dəvət alır. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ukrayna-millisinin-sabiq-uzvu-quotqblquotd-t46846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR