"Qariə" surəsini oxuyan...

"Qariə" surəsini oxuyan...
21:17 16 Yanvar 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

"Qariə" surəsi - Quranın 101-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 11 ayəsi vardır. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu surə məaddan və Qiyamətdən bəhs edər.
İnsanları iki dəstəyə bölür: O dəstə ki, əməlləri İlahi ədalət tərəzisində ağır gələr. Bu insanlar əbədi olan behiştə daxil olar və səadətli həyat sürərlər.
İkinci dəstə insanların əməlləri yüngüldür və onların gedəcəyi yer - atəşdir.
Ona görə Qiyaməti qariə adlandırırlar ki, Allah düşmənlərini əzabı ilə əzər.
Bu surədə Qiyamətdə yerinə yetiriləcək cəzalardan söz açıldığı üçün, Həzrət Peyğəmbər (s) buyurmuşdu: "Məni qocaltmışdır". (Tebyan)
İmam Baqir (ə) bu surənin fəziləti haqqında buyurur: "Hər kim "Qariə" surəsini oxuyar və bunu davamlı edərsə, Əziz və Cəlil Allah onu Dəccalın fitnəsindən və ona iman gətirməkdən amanda saxlayar. Həmçinin cəhənnəm atəşinə düçar olmaqdan saxlayar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bu surəni oxuyarsa, Qiyamət günü onun həsənə tərəzisi ağır olar".
"Qariə" surəsinin bərəkətləri.
1. İşlər sahmana düşər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Qariə" surəsini yazar, Allah onun işində asanlıq və genişlik qərar verər".
İmam Sadiq (ə) buyurur: "Nə zaman bu surəni yazsanız və bazarı kasad olan insanla bir yerdə olarsa, Allah onun işinə rövnəq verər".
2. Hacəti yerinə yetirər. Əgər hacətinizin yerinə yetməyini istəyirsinizsə, bu surəni 180 dəfə oxuyun. Həmçinin bu surəni yazıb özünlə gəzdirmək, hacətin yerinə yetməsinə səbəb olar.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR