20 Yanvar Azərbaycan xalqının tarixində milli oyanış günüdür

21:33 16 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anma tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Qanları ilə azadlıq dastanı yazanlar - 20 Yanvar şəhidləri” filmi nümayiş etdirilib.
Tədbirdə universitetin rektoru Fərid Əhmədov 20 Yanvarın Azərbaycan xalqının tarixində milli oyanış günü olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Bu tarixin, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğu diqqətə çatdırılıb.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, gəncləri bu faciəni unutmamağa, daim xatırlamağa səsləyiblər.
Bildirilib ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. 1993-cü ildən sonra isə bu faciənin səbəblərinin araşdırılması, onu törədənlərin məsuliyyətə cəlb olunması, 20 Yanvar hadisələrinin əbədiləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Azerbaycan_xalqinin_tarixinde_milli_oyanis_gunudur-919194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR