Millimizin üzvü "Bavariya"ya qol vurdu

Millimizin üzvü "Bavariya"ya qol vurdu
21:47 16 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, həmyerlimizin komandası Almaniya çempionatının rekordçusu (25 dəfə çempion olub) “Bavariya” ilə qarşılaşıb.
 
Oyun “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə Bobacar Barri açıb. 4 dəqiqə sonra "Bavariya"dan Arturo Vidal bərabərliyi təmin edib. 74-cü dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Dmitri Nazarov komandasına "Bavariya" üzərində qələbə qazandırıb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR