Bakı-İstanbul aviareysləri təxirə salındı

Bakı-İstanbul aviareysləri təxirə salındı
22:12 16 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "Türk Hava Yolları"nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xatırladaq ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR