Bu gün Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun "Karlsrue" komandası alman futbolunun lideri, Münhenin "Bavariya" klubu ilə yoxlama matçı keçirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Nazarov oyunda iştirak edib və hətta qələbə qolunu vurub.
O, 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
2-ci Bundesliqada çıxış edən "Karlsrue" Bavariyanı 2:1 hesabı ilə məğlub edib.
Milli.Az